Həlli
P(8 < x < 46) = 0,12 + 0,11+ 0,10 + 0,12 + 0,08 + 0,07 = 0,6;
P(10) = 0,12;
P(15) = 0.
İndi də bu məsələni ВЕРОЯТНОСТЬ funksiyasının vasitəsilə həll edək.
1. Verilənlər cədvəlini tərtib edək:
A | B | C | D | E | F | G | H | I | J | K | |
1 | xi | 3 | 7 | 10 | 20 | 21 | 32 | 44 | 45 | 47 | 50 |
2 | pi | 0,08 | 0,09 | 0,12 | 0,11 | 0,1 | 0,12 | 0,08 | 0,07 | 0,13 | 0,1 |
2. Nəticənin yazılacağı xananı seçək ($A$4).
3. Мастер функций dialoq pəncərəsinin Статистические kateqoriyasından ВЕРОЯТНОСТЬ funksiyasını seçək. Bu zaman ВЕРОЯТНОСТЬ funksiyasının dialoq pəncərəsi əmələ gələcək.
4. x_интервал sahəsinə girdikdən sonra verilənlərin yerləşdiyi işçi vərəqində təsadüfi kəmiyyətin qiymətlərini mausla daxil edək (B1:K1).
5. Интервал_вероятностей sahəsinə girdikdən sonra verilənlərin yerləşdiyi işçi vərəqində ehtimalların qiymətlərini mausla daxil edək (B2:K2).
6. Нижний_предел sahəsinə girib 8 qiymətini daxil edək.
7. Верхний_предел sahəsinə girib 46 qiymətini daxil edək. OK düyməsini basdıqdan sonra $A$4 xanasında hesablamanın nəticəsi olan 0,6 qiyməti əmələ gələcəkdir.
Qeyd. Alınan nəticə təsadüfi kəmiyyətin qiymətlərinin (8 – 46) intervalına düşməsinin ehtimalıdır. Konkret 10 və 15 qiymətlərinin ehtimalını hesablamaq üçün Нижний_предел intervalı uyğun olaraq 10 və 15 qiymətlərini daxil etmək lazımdır(Верхний_предел sahəsi boş saxlanılır). Bu hallarda nəticələr uyğun olaraq 0,12 və 0 olacaqdır.
Комментариев нет:
Отправить комментарий